Xalq artisti Natiq Şirinov mərhum atasından danışıb.
Axşam.az xəbər verir ki, bu haqda "Günün sədası" verilişində bəhs edən nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib:
"Rəhmətlik atam mənə baxırdı, amma... (kövrəlir) Allah bütün valideynlərə rəhmət eləsin, mənim də atam içində. Atam çox əziyyət çəkdi, yadıma düşdü kövrəldim. Şəkər idi, gözləri görmürdü. Məni görmürdü, amma dinləyirdi".

