Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb — FOTOLAR

GÜNDƏM 12 apr 2023, 00:10
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb. 

Tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. 

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir. 















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top