“ABU-ya TQDK imtahanı ilə deyil, daxili müsabiqəsi ilə qəbul olmuşdum” — Deputat “saxta diplom” iddiasına aydınlıq gətirdi

GÜNDƏM 03 aprel 2023, 12:13
Milli Məclisini deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadə saxta diplomu ilə bağlı iddialara münasibət bildirib. 

Əliabbas Salahzadə Demokrat.az-a açıqlamasında dipomunun saxta olmadığını söyləyib:

“Vikipediya səhifəmdə kimsə xəbərim olmadan dəyişiklik aparıb, təhsil aldığım illəri  və universitetin adını dəyişib, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alıb-almaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mən 1997-ci ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişəm. İlk ali təhsilim də bura olub. 

1997-ci ildə həm də ABU-ya qəbul olmuşdum, amma cəmi 6-7 ay burada təhsil alıb, sonra təhsilimi yarımçıq buraxmışam. Mən ABU-ya TQDK imtahanı ilə deyil, Beynəlxalq Universitetin öz daxili müsabiqəsi ilə qəbul olmuşdum. O vaxtı ABU-da xeyli pulum da batdı”.

Deputat Əliabbas Salahzadə Milli Aviasiya Akademiyasından aldığı diplomunun sürətini də redaksiyamıza təqdim edib.


Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top