Həyat yoldaşı Fazil Mustafanın son durumu ilə bağlı: “Həkimləri danışmağa icazə vermir”

GÜNDƏM 01 aprel 2023, 18:29
Xəbər verdiyimiz kimi, martın 28-də yaşadığı yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın bir neçə gündür ki, reabilitasiya prosesi gedir.

Demokrat.az
xəbər verir ki, news24.az-ın əməkdaşı deputatın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlamağa cəhd edib.

Zəngə millət vəkilinin həyat yoldaşı Zülfiyyə Mustafa cavab verib.

O, millət vəkilinin səhhəti barədə bunları deyib: “Şükür Allaha, indi yaxşıdır. Yaraları sağalır. Özünü yaxşı hiss edir. Amma həkimləri danışmağa icazə vermir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top