SON DƏQİQƏ! Qubada oğlan qayınanasını döydü

HADİSƏ 31 mar 2023, 16:58
Quba rayonunda 1990-cı il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində keçmiş qayınanası Səmayəni (adlar şərti verilib – red.) döyüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşının anasıdır: 

“Arvadımla münasibətlərim pozulduğuna görə 2020-ci ildə biz rəsmi qaydada boşandıq. Məhkəmə qərarına əsasən boşandıqdan sonra uşaq anasında qaldı. Həmçinin məhkəmənin qərarına əsasən həftənin 3 və 5-ci günləri mənim uşaqla görüşmək günü təyin edildi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11 radələrində uşaqla görüşmək üçün Quba rayon İcra və probasiya şöbəsinə gedib: 

“Görüş vaxtının saat 11.00-dan 13.00 qədər olmasına baxmayaraq, saat 12 radələrində keçmiş qaynanam Səmayə uşağı götürərək getməyə çalışdı. Bununla bağlı ona irad bildirən zaman aramızda mübahisə yarandı. Səmayə məni vurdu. Səmayəni özümdən uzaqlaşdırmaq məqsədilə onu itələdim. Səmayəyə qəsdən xəsarətlər yetirməmişəm. Ola bilər ki, Səmayəni ı itələyən zaman bilmədən ona xəsarətlər yetirmişəm. Mübahisənin böyüməsinin bu həddə çatmasına görə peşmanam. Gələcəkdə belə hallara yol verməyəcəm”. 

Zərərçəkmiş Səmayənin sözlərinə görə, hadisə günü saat 11 radələrində nəvəsini götürərək Quba rayon İcra və probasiya şöbəsinə gəlib: 

“Orada Əsəd uşağı özü ilə aparmaq istədi. Uşaq atası ilə getmək istəmədiyi üçün Əsəd əsəbləşdi. Bununla bağlı mənə irad bildirərək mübahisə yaratdı. Mübahisə zamanı Əsəd yumruqla başımdan vuraraq mənə xəsarətlər yetirdi”. 

Quba rayon Məhkəməsinin hökmü ilə Əsədə 15 faiz dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzası təyin edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top