Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

SOSİAL 29 mar 2023, 20:15
Ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və  meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Qəbələ, Quba, Tovuz, Şəmkir və Göygöl rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 14 605 ədəd müxtəlif növ ağac əkilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top