"Azərbaycanda milli İslam modelinin formalaşması vacibdir"

GÜNDƏM 29 mar 2023, 16:35
"Əvvəllər ölkəmizdə dini sahədə müəyyən boşluqlar vardı. Ona görə xaricdən qaynaqlanan bəzi təsirlər özünə yer etmişdi. Bu xarici təsirlərin içində İranın da rolu böyükdür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. 

O qeyd edib ki, din pərdəsi altında xurafatçılığı yaymaqla əslində Qurani-Kərimin əmrlərinin, peyğəmbərin və Əhli Beytin yolunun əksinə ideoloji xətt izləyən İranın fars rejimi öz siyasi ambisiyalarını din pərdəsi altında ölkəmizə daşıyıb:

"Məscidlərə imam təyinatı artıq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə keçib. Odur ki, bu gündən sonra məscidlərdə stabillik olacağına inanırıq. Xarici təbliğatın təsirlərinə qarşı komitənin apardığı iş müsbətdir. Hətta nəzir, ianə məsələlərinin də bu komitənin səlahiyyətinə verilməsi doğru addımdır. Vaxtilə mövcud olan boşluqlar səbəb olub ki, xarici təbliğat sayəsində ölkədə müəyyən zərərli düşünən zümrə yaranıb. Məhz bu gün fəsad verən bəzi məsələlər də onun nəticəsidir. Lakin yenə də gec deyil və Azərbaycanda milli İslam modelinin formalaşması vacibdir. Bizə xaricdən, hansısa dövlətin siyasiləşmiş modeli yox, dövlətimizə, milli ənənələrimizə uyğun, ənənəvi inancımız lazımdır".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top