“Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”.
Demokrat.az xəbər verir ki, bu fikirləri deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.
Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmayıb: “Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”
Kamaləddin Qafarov isə cavabında bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik daha ucuzdur.