Türkiyə Prezidentliyinə namizəd: "2 tələbəm Azərbaycanda nazir işləyir"

MARAQLI 28 mar 2023, 14:36
Türkiyə prezidentliyinə namizəd Sinan Oğan iki tələbəsinin Azərbaycanda nazir olduğunu bildirib.
  
Demokrat.az
xəbər verir ki, siyasətçi bu barədə yerli televiziyaya müsahibəsində danışıb.

ATA İttifaqının namizədi qeyd edib ki, Azərbaycanda TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) qurumunun nümayəndəsi və İqtisad Universitetində müəllim işləyib. 

O, həmçinin bildirib ki, dərs dediyi tələblərdən ikisi hazırda Azərbaycanda nazir vəzifəsində çalışır. Bunlar gənclər və idman naziri Fərid Qayıbov və iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Namizədin sözlərinə görə, o, Bakıda işləyərkən yaxşı maaş alıb və maaşını bir neçə tələbəyə təqaüd kimi verib.

Qeyd edək ki, Sinan Oğan Türkiyə prezidenti olmaq üçün yetərli sayda - 100 min imza toplayan iki namizəddən biridir. Türkiyə parlamentinin keçmiş deputatı Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.(Redaktor.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top