Hadisə

Azərbaycanda antibiotik vurulan qadın öldü

Azərbaycanda antibiotik vurulan qadın öldü

Ağdamda antibiotik vurulmasından sonra şoka düşən qadın vəfat edib.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib.

1950-ci il təvəllüdlü Ofeliya Tanrıverdiyeva antibiotik iynəsinin vurulmasından sonra ağır vəziyyətə düşüb.

O, koma vəziyyətində xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az