İsveçin baş naziri: “Finlandiya tezliklə NATO-ya üzv olacaq”

XARİCİ SİYASƏT 26 mar 2023, 00:30
İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, Finlandiyanın NATO-ya üzv olması İsveçdən daha tez baş verəcək.

Bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər şey müvafiq ssenari üzrə inkişaf edir və tezliklə Helsinki NATO-nun üzvü olacaq. 

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib:
“Sadəcə xəritəyə diqqətlə baxın, bizi NATO ölkələri əhatə edir”, -  deyə o vurğulayıb.

Mənbə: Expressen

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top