Muxtar Babayev FAO-nun Baş direktoru ilə görüşüb

XARİCİ SİYASƏT 23 mar 2023, 18:47
ABŞ-ın Nyu-York şəhərində baş tutan BMT Su konfransı çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti 22-24 mart 2023-cü il tarixlərində dünya ölkələrinin iştirakı ilə Nyu-Yorkda BMT-nin Su Konfransında təmsil olunur. Konfrans çərçivəsində Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top