Britaniya Rusiyanı dezinformasiyada ittiham etdi

REGİON 22 mar 2023, 08:47
Rusiya kasıblaşdırılmış uran mərmiləri haqqında qəsdən dezinformasiya yaymağa çalışır.

Demokrat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin “kollektiv Qərb”in nüvə komponenti olan silahlardan istifadə etməyə başladığı iddiasına “cavab verməyə məcbur olacaqlarını” bildirib.

Sky News yazır ki, Müdafiə Nazirliyi Britaniya ordusunun bu materialdan onilliklər ərzində öz mərmilərində istifadə etdiyini bildirib.

“Bu standart komponentdir, nüvə silahı ilə heç bir əlaqəsi yoxdur. Rusiya bundan xəbərdardır, lakin bilərəkdən dezinformasiya etməyə çalışır”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top