“Qarabağ” - “Qalatasaray” oyunundan əvvəl şou-proqram olmayacaq: Səbəb AÇIQLANDI

İDMAN 20 mar 2023, 19:43
“Qarabağ” və “Qalatasaray” arasında martın 26-da keçiriləcək yoldaşlıq görüşündən öncə Bakı Olimpiya Stadionunda (BOS) heç bir şou proqram təşkil olunmayacaq.

Bu barədə BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, belə bir tədbirin təşkili əlavə maliyyə vəsaiti tələb edir:

“Bildiyiniz kimi, oyun xeyriyyə məqsədi daşıyır və bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkmiş insanlara ianə ediləcək.

Şou proqramın təşkili böyük məbləğ istəyir. Səhnənin quraşdırılması, müğənnilərə ödəniləcək qonorar və digər məsələlər var.

Ona xərc çəkməkdənsə, həmin pulu zəlzələdə ailəsini, ev-eşiyini itirmiş şəxslərə göndərmək daha düzgündür.

Oyunun özü onu izləməyə gələcək onminlərlə azarkeş üçün ən böyük əyləncədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top