Sədaqət İsveçrəyə köçdü

ŞOU-BİZNES 20 mar 2023, 16:11
Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. 

Demokrat.az
xəbər verir ki, ifaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. 

O, bildirib ki, qızını efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:

"Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm. İndi Hollandiyaya gəzməyə gediblər, qayıdacaqlar İsveçrəyə".
Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. Sədaqət 2019-cu ildə ailə qurub. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top