Azərbaycanın sərbəst güləş millisi Avropa çempionatında birinci yeri tutub

İDMAN 19 mar 2023, 22:50
Sərbəst güləş üzrə Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında birinci yeri tutub.

Demokrat.az xəbər verir ki, 2022-ci ildə qitə birinciliyinin qalibi olan komanda titulunu qoruyub.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığma 140 xalla qitənin ən güclü komandası ünvanına sahib çıxıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Qeyd edək ki, sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top