Metro istifadəçilərinin NƏZƏRİNƏ: martın 22-nə qədər...

GÜNDƏM 19 mar 2023, 18:10
Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.

Demokrat.az xəbər verir ki, bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.

Qeyd edək ki, bu sərginin unikallığı nümayiş etdirilən qatar tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin “A” tipli ilk metro vaqonu olmasıdır.

1934-cü ilin sonunda istehsal olunmuş vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.

Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro açılanda “E” tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.

“Bakı Metropoliteni”ndən həmçinin bildirilib ki, gün ərzində metronun 4 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası”) Azərbaycan və dünya musiqisindən nümunələr əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil edilib.//Sfera.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top