Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı

İDMAN 19 mar 2023, 11:12

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

Federasiyadan Demokrat.az saytına verilən məlumata görə, 54 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.

Qeyd edək ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top