Türkiyənin ilk yerli elektrik avtomobili olan "Togg" satışa çıxarılır

AVTO 13 mar 2023, 17:17
Türkiyənin ilk yerli elektrik avtomobili olan "Togg"un maraqla gözlənilən satış prosesi bu həftə başlayır.

Demokrat.az
xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kacır avtomobillərin bu həftə satışa çıxarılacağını bildirib.

Avtomobilin texnologiya təşəbbüskarları üçün də böyük maraq yaratdığını vurğulayan Mehmet Fatih Kacır "Togg" ilə yeni bir istehsal prosesinə başlanılacağını söyləyib:

"Allahın izni ilə Türkiyənin "Togg" avtomobili bu həftə satışa çıxarılacaq. "Toqq"un önümüzdəki günlərdə millətimizlə görüşü olacaq. "Togg" yalnız elektrikli avtomobil markalarından biri olmayacaq, bir çox texnoloji təşəbbüslərin ortaya çıxmasında mühüm rol oynayacaq".


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top