Gələcəyi olmayan banklar — ADLAR

MALİYYƏ 13 mar 2023, 14:25
Azərbaycan bankları arasında korporativ bankların bəziləri sıradan çıxıb və ya çox yaxında banklar sırasını tərk edəcək. Lisenziyasını itirməyə yaxın olan banklar isə indidən özünü bəlli etməyə başlayıb və bu da maliyyə sektorunda çox yaxından hiss edilir.

Demokrat.az
xəbər verir ki, “Bank BTB” kredit verilməsini də dayandırıb. Yəni bank artıq kredit vermək əvəzinə, verdiyi kreditləri toplamaqla məşğuldur.



Bundan başqa 2022-ci ilin son hesabatına görə, bankın lisenziyasını qanuni olaraq itirməsinə 3 milyon 772 min manat məbləğ qalıb. Çünki banklar haqqında qanuna görə bankın məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Bundan başqa bankın yığılmış zərəri də 4 milyon 429 min manat artaraq 19 milyon 402 min manata yüksəlib.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar Mehdiyeva (74.99 faiz səhmdar) prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu isə bankın siyasi motivdə lisenziyasını itirməsi deməkdir ki, bankın açıqladığı rəqəmlər də bunun çox da uzaq gələcəkdə olmadığından bəhs edir.

GÜNAY BANK VƏ MAHMUD MƏMMƏDOV



“GünayBank” dəfələrlə neqativ xəbərləri ilə əhalinin yaddaşında qalıb. Bu neqativlər arasında ən yadda qalanı isə bankın sabiq İdarə Heyətinin sədr müavini Emin Zeynalovun bankdan 100 milyon manatlıq oğurluğu ilə bağlı olub. Bu oğurluq xəbəri mətbuatda dərc olunan kimi isə bankın Müşahidə Şurasının sədri, bankın 54.5 faiz səhmdarı olan sabiq stomatoloq Mahmud Məmmədov yerli KİV-ə açıqlama verərək oğurluq məsələsini təkzib etmişdi. Amma buna baxmayaraq sabiq stomatoloq məhkəməyə müraciət edərək Emin Zeynalovun həbsini də təmin etmişdi. Sonradan bütün məsələlər açıq-aşkar ortada olduqdan sonra bank “press-relizlər” yayaraq məhkəmə qərarını gözləmədən Emin Zeynalovu oğru adlandırmağa başlamışdı.

Əvvəlcə Mahmud Məmmədovun ilk çıxışlarına nəzər yetirək: Emin Zeynalovun bankın pullarını götürüb qaçması yalandır, amma onun “xaricdəki biznes tərəfdaşları” qarşısında borcları olub və həmin borclar barədə eşidən kimi Zeynalov vəzifədən uzaqlaşdırılıb. Bu açıqlamaladan sonra Emin Zeynalovu oğru adlandıran Mahmud Məmmədov stomatoloji fəaliyyətinə davam etsəydi, çürük dişin əvəzinə sağlam dişi çəkərdi. Görünən isə o idi ki, M.Məmmədov və Emin Zeynalovun atası sabiq bankir Zakir Zeynalov arasında olan danışıqlar öz bəhrəsini vermirdi. Buna görə də M.Məmmədov Emin Zeynalova məxsus olan avtomobilləri və bəzi mülkləri şəxsi öz adına keçirməyə başlamışdı. Artıq Z.Zeynalov və Mahmud Məmmədov arasında olan davada Məmmədov qalib gəlməyə başlamışdı. E.Zeynalovun avtomobilləri onun digər şirkətində rəhbər vəzifədə çalışan xanım işçinin adına idi. M.Məmmədov Z.Zeynalovla anlaşdıqdan sonra adını çəkmək istəmədiyimiz xanım imza ataraq mülkləri Mahmud Məmmədovun adına keçirib. E.Zeynalova məxsus özəlliklə “ZZ Group”un Koroğlu Rəhimov küçəsində yerləşən bəzi obyektləri M.Məmmədovun adamları tərəfindən dağıdılaraq yararsız hala salındı. Buna görə də bankın ondan sonrakı vəziyyəti heç də ürəkaçan olmadı. E.Zeynalovun dönəmindən sonra bankın sədrləri tez-tez dəyişməyə başladı. Bankın sabiq sədri Zaur Əhmədov Mahmud Məmmədovun təlimatı ilə sədr vəzifəsindən sədrin birinci müavini vəzifəsinə endirildi. Onun əvəzinə isə sədrin müavini Baratəli Piriyev sədr vəzifəsinə təyin olundu.

Bundan başqa sabiq stomatoloq 01.06.2022-ci il tarixində gəlinin əlindəki 2.67 faizlik səhmləri də əlindən alaraq öz payına qatıb. O, ilin sonunda da bankın yığılmış zərəri 1 milyon 160 min manat təşkil edib.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top