Rusiya ilə İran arasında Su-35 qırıcıları ilə bağlı razılaşma əldə olundu — VİDEO

HƏRBİ 13 mar 2023, 11:39
Rusiyanın İran satacağı deyilən müasir "Sukhoi-35" (Su-35) döyüş təyyarələri ilə bağlı rəsmi Moskva ilə Tehran arasında razılaşma ələ olunub. 

Demokrat.az
xəbər verir ki, bununla bağlı İranın dövlət televiziyası məlumat yayıb. 

Məlumata görə, artıq Rusiya hökuməti sözügedən döyüş təyyarələrinin İrana verilməsini rəsmi səviyyədə təsdiqləyib. 

Sözügedən qərarın İrana qarşı silah satışı ilə bağlı embarqonun 2022-ci ildə ortadan qaldırılmasından sonra verildiyi deyilir. Ancaq İran dövlət televiziyasının yayımladığı reportajda hələlik Rusiyadan İrana neçə ədəd döyüş təyyarəsi veriləcəyi barədə dəqiq məlumat verilməyib. 




Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top