Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyəyə səfər edəcək

XARİCİ SİYASƏT 12 mar 2023, 14:15
Azərbaycan Vəkillər Kollegiyasından bir qrup heyət martın 13-14-də Türkiyəyə səfər edəcək.

Demokrat.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində heyət ulu öndər Heydər Əliyevin Ankarada yerləşən abidəsini, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcəklər.

Proqramda azərbaycanlı heyətin Dövlət Şurasının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədrləri və ədliyyə nazirinin müavini ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da heyəti qəbul edəcək.

Heyətin Ankarada fəaliyyət göstərən "Azaflı" Hüquq Firmasına da baş çəkəcəyi bildirilir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top