Dənizin mühafizəsi üzrə tarixi müqavilə imzalandı

DÜNYA 06 mart 2023, 12:01
Açıq dənizlərin mühafizəsi ilə bağlı 10 il davam edən danışıqlardan sonra BMT-nin üzvü olan ölkələr tarixi razılaşmaya gəliblər

Demokrat.az
xəbər verir ki, bu barədə "BBC türk" məlumat yayıb. 

2030-cu ilə qədər dənizlərin 30 faizinin qorunmasını hədəfləyən Açıq Dəniz Müqaviləsi dəniz təbiətini qorumaq və yaxşılaşdırmaq məqsədi daşıyır.

Razılaşma Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı qərargahında 38 saat davam edən danışıqlardan sonra şənbə günü axşam saatlarında imzalanıb.

Qeyd edək ki, danışıqlar maliyyələşdirmə və balıqçılıq hüquqları ilə bağlı fikir ayrılıqlarına görə illərdir təxirə salınmışdı. 

Onu da bildirək ki, okeanların mühafizəsi üzrə sonuncu beynəlxalq müqavilə (Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası) 40 il əvvəl 1982-ci ildə imzalanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 11:49
02 avqust 2025, 11:04
Top