Bəxtiyar Hacıyev çörək kəsdiyi dostlarının arvadlarını və bacılarını illərdir yatağa çəkirmiş…

SOSİAL MEDİA 01 mar 2023, 15:20
Bəxtiyar Hacıyevin ətrafında baş verən hadisələrə münasibətdə iki baxış var: siyasi və mənəvi... 

Məsələnin siyasi tərəfinə toxunmaq istəmirəm, çünki doğru məntiqi və prosesləri düzgün müşahidə etmək qabiliyyəti olan adamlar hansı çirkli oyunların iştirakçısı olduğunu yaxşı başa düşürlər. Təəssüf ki, bu ölkədə çox şeydən xəbərdar olan adamlar həqiqətləri yazmaq istəmirlər və doğru da edirlər. Qoy elə bu kütlə bu məntiqlə hara qədər gedə bilirsə getsin! 

Amma məsələnin ən çox müzkirə olunan mənəvi tərəfidir.

Yazışmalar, videogörüntülər, səs yazıları bu adamın nə qədər mənə yoxsul bir adam olduğunun göstəricisidir. Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin ailə üzvlərini, arvadlarını, bacılarını, nişanlılarını öz yatağına çəkərək əlxaqlsızlığın, mənəviyyatsızlığın ən pik həddini nümayiş etdirib. Və Bəxtiyarı müdafiə edənlər buna normal yanaşır, deyir ki, özəl həyatdır? 

Hüseynbala Mirələmova niyə demədiniz ki, özəl həyatıdır? Hamınız tələb etdiniz ki, rədd olsun, işdən qovulsun və s. Belə də oldu. Məmur qadınlarla yatanda olur əxlaqsız, eyni əməli müxalifətçi edəndə isə özəl həyat? H.Mirələmovun bircə əlini bağışlamadınız, Bəxtiyarın bütün əzasına əfv verirsiniz? Niyə də, niyə? O hakimiyyəti söyür, siz də kayf tutursunuz, ona görə!? 

Öz arvadının başına hicab geyindirən, sosial şəbəkələrdən uzaq tutan nə qədər müxalifətçi var ki, indi Bəxtiyarı da, o "qadınları" da müdafiə edir. 

Yaxşı, bəs bu, onun şəxsi həyatıdırmı Başqalarının şəxsi həyatlarını məhv edənin, onları fahişəyə çevirənin şəxsi həyatı olur? 

Birincisi, əgər onun öz həyat yoldaşı ilə (halbuki subaydır) görüntüləri yayılsaydı, bu başqa... Belə çıxır ki, get onlarla dostunun arvadlarına sataş, onları yatağa sal, sonda da desinlər ki, şəxsi həyatıdır!? Əxlaq, mənəviyyat deyilən bir şey var. Görünür, Bəxtiyarı məhz bu hərəkətlərinə görə müdafiə edənlərin yaxınları onun yataq qurbanlarına çevrilməyiblər. Görəsən, belə olsaydı, yenə də onu müdafiə edərdilər? Kişi özünə hörmət qoymalıdır, hər qadını, hər yoldan ötəni, hər tanış olduğun qadını yatağa salırsansa, üstəgəl, bu qadınlar həm də sənin hər gün görüşdüyün "kişi"lərin ailə üzvləridirsə, səndən rəzil və miskin adam yoxdur. 

İkincisi, hakimiyyətə iddialı olan, ölkədə dəyişlik edəcəyini bəyan edən, ölkə idarəçiliyində təmsil olunan şəxsləri öz statuslarında "peysər, şərəfsiz" adlandıran adamın şəxsi həyatı olmur. 

Üçüncüsü, qadınlarla olan intim münasibətlərini telefonunda çəkib saxlayan, yazışmaları silməyən Bəxtiyarın məqsədi nə olub? Adam hansı qadınla yazışıbsa, hamısını saxlayıb, kim görüşübsə, videoya çəkib. Öz dostlarının ailələrinə sataşan bu məxluq sabah millətin anasını ağlar qoyar. 

Heç şübhəsiz ki, o qadınlarlar da Bəxtiyarın tayıdırlar. Öz ərinin, qardaşının, atasının namusunu Bəxtiyarın qolları arasında atan bu "qadınlar"ın içərisində indiki situasiyadan narahat olanlar da var, olmayanlar da...

Necə olur ki, illərlə dostluq etdiyin şəxsin arvadına, səndən dəfələrlə yaşca kiçik olan azyaşlı qızlara əxlaqsız təkliflər edəsən!? Adamın batırmadığı kol dibi qalmayıb.

Sizi bu əxlaqsız xilas edəcək? Bu pozğun məxluqdan mədət umub ölkədə dəyişiklik istəyirsiniz? 

Bu mövzuya toxunmaq istəmirdim, amma məhz bu əxlaqsız hərəkətlərinə görə Bəxtiyarı müdafiə edən bəzi "psixoloq"ların, qadın ictimai fəalların kimliklərini hər kəs bilir. Eyni yolun yolçularıdırlar, müdafiə etməyib nə etsinlər ki!?

Təzə nəsnə peyda olub: özəl həyat! Hər oğraşlığa əl at, hər mənəviyyatsızlığı elə, axırda da olsun özəl həyat! 

Ölkəyə böyük bir əxlaqsız dəyərlər transfer olunur. Bunun üçün külli miqdarda qrantlar da alırlar. Məqsəd bu ölkədə fahişəliyi, oğraşlığı "özəl və şəxsi həyat" kimi hörmətə mindirməkdir.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top