Yeni “Toyota” nı Bakıda yaponlar təqdim etdi — FOTO

AVTO 01 mar 2023, 14:52
Bakıda “Toyota Corolla Cross” modeli təqdim edilib. Tədbir Yaponiyanın “KUNI-KEN şamisen rok qrupunun təqdimatı ilə baş tutub. Tədbirdə qrupun bəstələdiyi mahnılar ilə yanaşı, ən məşhur mahnılar, həmçinin Azərbaycan himni də şamisendə ifa olunmuşdur.

Toyota Bakı Mərkəzinin təqdim etdiyi yeni Toyota Corolla Cross ailə həyatının gözlənilməz sürprizlərinin öhdəsindən gəlmək üçün sizi və sevdiklərinizi zəruri olan hər şeylə təmin edir. Mükəmməl yanacaq səmərəliliyi, 5-ci nəsil hibrid texnologiyasının imkanları və intuitiv texnologiyalarla zəngin geniş salonu sayəsində praktik Corolla Cross yenidən sükan arxasına keçməyiniz üçün bütün lazımi özəllikləri təklif edir.

Corolla Cross hər kəsə gülümsəmək üçün səbəb verir. İntuitiv SUV dizaynlı etibarlı ailə avtomobili dözümlülüyünü təqdim edən bu avtomobil gündəlik həyat üçün mükəmməl seçimdir.Ailə həyatı gözlənilməz sürprizlər ilə zəngin olur. Xoşbəxtlikdən, Corolla Cross qarşınıza çıxan istənilən çətinliyin öhdəsindən gəlmək üçün təchiz edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top