
Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib.
Demokrat.az xəbər verir ki, Pakistan mətbuatı polis idarəsinin binasına azı 8-10 terrorçunun daxil olması ilə bağlı məlumat yayıb.
Binanın daxilində 2 saata yaxındır ki, atışma səslərinin eşidildiyi bildirilir.
İnsident zamanı xilasetmə rəsmisinin yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.