Xaçmazda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

GÜNDƏM 13 fev 2023, 23:26
Xaçmazda beşmərtəbəli binada yanğın qeydə alınıb.

Demokrat.az
-ın verdiyi məlumata görə, hadisə şəhərin Nərimanov Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib.

Yanğından sonra yaşayış binasının bir blokunda tüstülənmə olub. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik qaydalarına görə tüstü dolan blokun sakinləri təxliyyə olunub. Xəsarət alan olmayıb.

Yanğına zirzəmidə yaşayan tüfeyli həyat tərzi sürən şəxsin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top