“Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir”

GÜNDƏM 13 fev 2023, 14:15
“Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunan tədbirdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

“Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər”, - deyə dövlətimizin başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top