Ukrayna aviasiyası gün ərzində Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 zərbə endirib

DÜNYA 12 fev 2023, 10:30

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 zərbə endirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

Məlumatda deyilir ki, Ukrayna əsgərləri bundan başqa, zenit-raket komplekslərinin mövqelərinə daha iki zərbə endiriblər.

"Müdafiəçilərimiz həmçinin Su-25 təyyarəsini və "Orlan" tipli PUA-nı vurublar. Raket və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 14 ərazini və zenit-raket kompleksini vurub", - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top