Zəlzələ bölgəsinə yardım daşıyan Tır yanaraq KÜLƏ DÖNDÜ — FOTOLAR

REGİON 10 fev 2023, 13:25
İzmirdə toplanan yardımları zəlzələdən zərərçəkənlərə çatdırmaq üçün yola çıxan TIR yanıb.

Demokrat.az
"CNN türk"ə istinadla bildiri ki, hadisə Afyonkarahisar - İzmir yol ayrıcında baş verib.

Belə ki, İzmir Ərzurumlular Dərnəyi tərəfindən toplanan yardımı Kahramanmaraşın Elbistan rayonuna daşıyan yük maşını qəfil alovlanıb. Oturduğu kabinin tüstüləndiyini görən sürücü, maşını dayandıraraq yanğınsöndürənlərə məlumat verib.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları gəlib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Hadisədən sonra yük maşınındakı yardım tamamilə yarasız vəziyyətə düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Arzu
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top