Baş redaktor: "Vergi güzəştləri mediaya çox ciddi dəstəkdir"

MEDİA 09 fev 2023, 21:33
"Mediaya güzəştlərin tətbiq edilməsi ilə bağlı Vergilər Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər ölkədə həyata keçirilən dərinləşdirilmiş media islahatlarının tərkib hissəsidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Baş redaktor qeyd edib ki, bu proses mediada peşəkarlığın artırılması, keyfiyyət dəyişikliklərinə nail olunması, medianın gəlirlərinin artması, xərclərinin opltimallaşdırılması ilə yanaşı həyata keçirilir:

"Layihənin parlamentin müvafiq komitələrinin iclasında millət vəkillərinin dəstəyini qazanması, eləcə də doğurduğu müsbət ictimai rezonans prosesin düzgün istiqamətdə həyata keçirildiyindən xəbər verir. 

Şübhəsiz ki, vergi güzəştləri mediaya çox ciddi bir dəstəkdir və təbii ki, bu özünü bir çox istiqamətlərdə, o cümlədən media resurslarının əmək haqqı siyasətində də büruzə verəcək".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top