Sunak Ukaynaya “Challenger” tanklarının verilmə tarixini açıqlayıb

DÜNYA 08 fev 2023, 23:25
Ukrayna yaxın vaxtlarda Britaniyadan “Challenger” tanklarını alacaq.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Baş nazir Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Britaniya “Challenger” tanklarını mart ayına kimi Ukraynaya göndərməyi planlaşdırır.

Zelenski çıxışında Böyük Britaniyanın bu mübarizədə çox fəal olmasının heyrətamiz olduğunu deyib və minnətdarlığını ifadə edib.

Mətbuat konfransı zamanı digər diqqətçəkən məqam isə sual verən ukraynalı jurnalistin Prezident Zelenskini qucaqlaması olub.
Jurnalist prezidentə təşəkkür edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top