46 nəfər Adanadan avtobusla Azərbaycana yola düşüb

GÜNDƏM 08 fev 2023, 18:36
46 nəfər Adanadan avtobusla Azərbaycana yola düşüb.

APA-nın Qaziantepdəki müxbiri xəbər verir ki, Hatay və Qaziantepdən də təxliyə prosesi davam edir.

Bildirilib ki, səfirlik təxliyə olunmaq istəyən vətəndaşlara çağırış edib, əməkdaşlar əlaqədədir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da hazırda Qaziantepdədir və ümumilikdə azərbaycanlıların təxliyəsi məsələsini koordinasiya edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top