"Açıq mikrofon" aksiyasına qatılan Yevlax sakinlərinin müraciətləri dinlənildi — FOTO

SOSİAL 08 fev 2023, 17:37
"Səyyar qəbul otağı" bu dəfə Yevlax rayon sakinlərinin müraciətlərinin dinlənilməsi üçün qurulub.

İlk olaraq Tərtər RQİİ-nin rəisi çıxış edərək aksiyanı açıq elan edib.

Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar.

Rafiq Balakişiyev, Asif Məmmədov və Qədir Məmmədov istehlak edilən qaza görə onlara yazılan debitor borcun yenidən araşdırılmasını istəyiblər.

Yevlax rayonunun Aşağı Bucaq kəndindən qatılan Röyal Əkbərov küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Səslənən 15-ə yaxın müraciətlər arasında 6 saylı uşaq bağçasının qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlər də yer alıb.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top