Türkiyədə dağıntılar altında qalan deputat həlak olub

REGİON 07 fev 2023, 16:45
Türkiyədə dünən baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan türkiyəli deputat Yakup Taş həlak olub.

Demokrat.az
xəbər verir ki, bu barədə məlumatı “Halk TV” yayıb. 

Məlumata görə, deputat dağıntılar altında həyatını itirib. 

Xatırladaq ki, fevralın 6-sı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş və ailəsinin dağıntılar altında qaldığı barədə məlumat yayılmışdı. 64 yaşlı deputatın 6 övladı olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top