Bakının Binəqədi rayonunda taksi sürücüsü müştərini təhqir edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edən şəxs Binəqədi rayonunda “Dünya” məktəbinin yanında sürücüsünün onu əvvəlcə taksidə övladının yanında, sonra isə avtomobildən düşərkən küçədə olan şəxslərin olduğu ictimai yerdə təhqir etdiyini bildirib.
Müraciət araşdırılması üçün 5-ci polis bölməsinə daxil olub. Böölmə tərəfindən aparılmış araşdırma zamanı taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilib.
İş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, şəxs 10 gün müddətində inzibati qaydada həbs olunub.
Fariz Məlikli
Demokrat.az