"Rusiya çox sərt şəkildə İranı və İranın siyasi rəhbərliyini tənqid etmədi"

GÜNDƏM 06 fev 2023, 23:08
"Tehranda Azərbaycan səfirliyinə qarşı edilən terror hücumundan sonra biz yenidən ölkəmizə qarşı qərəz gördük. Rusiya çox sərt şəkildə İranı və İranın siyasi rəhbərliyini tənqid etmədi. İsti-isti Mariya Zaxarovanın sosial şəbəkədə bizim qəhrəmanımızı təqdir edən fikirlərindən başqa biz tutarlı və bizi qane edən yanaşmanı görmədik". 

Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Tarixən Rusiyanın Qarabağda maraqlarının çox güclü olduğunu vurğulayan politoloq onu da əlavə edib ki, Rusiyanın imperiyası ilə İran arasında 1813-cü və 1828-ci illərdə imzalanan müqavilələr regionun qədərini müəyyənləşdirib:

"Təəssüf ki, tarixin hökmü ilə torpaqlar iki hissəyə parçalandı. Bu gün də bu dövlətlərin Cənubi Qafqazda maraqları həm uzlaşır, həm də toqquşur. Bir sıra hallarda belə fikir formalaşmışdı ki, İran Azərbaycana qarşı olan təhdidlər formalaşdırırsa, Rusiya çox cəld şəkildə bu təhdidləri reallaşdıracaqdı. Lakin biz görürük ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın resursları tükənir. İqtisadi məhdudiyyətlər Rusiyanı nüfuzdan salır, Rusyanın imci zədələnir. Müharibədə istədiyinə nail ola bilməməsi Rusiyanın beynəlxalq reytinqini kifayət qədər zədələyir. Belə olan halda Cənubi Qafqazda möhməmlənmək niyyətini ifadə edir". 

Politoloqun sözlərinə görə, Ermənistan-İran tandemi burada aktuallaşır və region üçün təhlükə mənbəyinə çevrilir:

"Vətən müharibəsindən sonra biz onlaın çox ciddi yaxınlaşmasını müşahidə edirik. Elə hər iki ölkənin paytaxtlarının qardaşlaşması, İranın Qafanda konsulluq açmasıyla yanaşı Ermənistanın Təbrizdə konsulluq açmaq niyyətləri birbaşa olaraq siyasi, humanitar, iqtisadi və digər sahələrin yaxınlaşdırmaq niyyətini özündə ifadə edir. Bu baxımdan görürük ki, yanımızda yalnız qardaş Türkiyədir. Maraqlıdır ki, bəzən Azərbaycanın mövqeyi ilə Azərbaycanın siyasi baxışları ilə uyğunluq təşkil etməyən bəzi qərb dövlətləri də baş vermiş terror hücumunu pislədi. Çox istərdik ki, terroru əlində alət edən, terrorla gücünü göstəməyə çalışan, qan tökməklə xof və vahimə yaratmaq niyyəti güdən güclərə qarşı da bütün dünya birliyi həmrəylik nümayiş etdirsin".

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top