Bu gün Türkiyədə baş verən dəhşətli zəlzələdə çox sayda binalar yerlə-yeksan olub. Baş vermiş hadisənin fəsadları onu göstərir ki, sözügedən binalar tektonik ərazidə sıx inşa olunduğu üçün böyük insan ölümünə səbəb olub. Qardaş ölkədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanda binaların təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlməyə başlayıb. Bakının bir sıra ərazilərində binalar inşa edilərkən, təbii fəlakətlərə qarşı nə qədər təhlükəsizlik tədbirlərinə əməl olunması sual doğurur. Paytaxtın mərkəzində inşa olunan əksər hündürmərtəbəli binalar bir-birinə olduqca yaxın məsafədə tikilir. Bu isə gələcəkdə gözlənilən təhlükələrdə risk yaradır.
Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, güclü zəlzələ fonunda hündürmərtəbli binalarda yaşayan vətəndaşların xəsarət almaq ehtimalı daha yüksəkdir. Onun sözlərinə görə, zəlzələ baş verən ərazilərdə dağıntı və itkilərin miqyası ilk növbədə yaradılmış infrastrukturdan asılıdır: 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, 2019-cu ilə qədər aparılan inşaat zamanı, binaların tikinti işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu, indi isə belə müraciətlər yoxdur: 
Nəzrin Hüseynli Demokrat.az

