Vəzifəli şəxs HƏBS EDİLDİ — Baş Prokurorluqdan ƏMƏLİYYAT

HADİSƏ 06 fev 2023, 15:34
Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı baş idarədə başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top