Bakıda “Prius” aşıb: Ölən və yaralanan var — FOTO

HADİSƏ 06 fev 2023, 10:37
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə maşını əvvəlcə ağaca, daha sonra mağazaya və yol nişanına çırpıb. Zərbənin gücündən avtomobil aşıb, sərnişin - 1991-ci il təvəllüdlü Arif Rəhimli ağır bədən xəsarətləri alıb. Digər sərnişin isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Qəzanı törədən sürücü saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top