Zelenski: “Baxmutu təslim etməyəcəyik”

DÜNYA 03 fevral 2023, 22:36
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Donetsk vilayətində cəbhə xəttindəki Baxmutdan geri çəkilməyəcəyini bildirib.

Bunu dövlət başçısı Ukrayna-Avropa İttifaqı sammitinin yekunları üzrə mətbuat konfransında deyib.

“Baxmutu təslim etməyəcəyik. Bacardığımız qədər döyüşəcəyik”, - Zelenski bəyan edib.

Xatırladaq ki, hazırda Baxmutda gərgin döyüşlər gedir. Şəhərdəki dağıntıların miqyası Mariupolla müqayisə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top