Media reyestrinə qarşı hücumlar və səbəbləri: niyə indi? — İRAN İZİ...

TƏHLİL 03 fev 2023, 08:37
Bir qrup qeyri-peşəkar, redaksiya heyəti bir nəfərdən ibarət olanlar “Media haqqında” qanunu və Media Reyestrini yenidən hədəfə alır, müxtəlif iddialarla qarayaxma kampaniyası aparırlar. Bu müzakirələr və ittihamlar qanunun qəbul edildiyi və reyestrin yaradıldığı vaxt “gündəmə münasibət” baxımından başa düşülən idi. 

Bəs indi nə baş verir? 

Ölkənin, elə regionun və dünyanın gündəmi tamam fərqli olduğu halda niyə diqqəti reyestr və qanunun üzərinə gətirir, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən mühüm addımlardan olan bu prosesi “baltalamağa” çalışırlar.

Burada aydın görünən iki tendensiya var:

Birinci tendensiya “diqqət mərkəzi”ndən sui-istifadə etməkdir.

Təcrübə də onu göstərir ki, Azərbaycanla bağlı beynəlxalq səviyyəli hadisə və proseslər baş verəndə daxildə müəyyən şəbəkələr aktivləşir və gündəmə uyğun olmayan məsələləri aktuallaşdırırlar. Misal üçün, I Avropa oyunları Bakıda keçirilərkən, bu şəbəkələr “itlərin güllələnməsindən” bəhs edirdi, yaxud digər mühüm beynəlxalq tədbirər zamanı xırda məsələləri şişirdir, “insan haqlarının pozulması”, “söz azadlığı”, “siyasi məhbuslar” kimi mövzuları çeynəməkdən yorulmur. Bu taktikadır və sirr deyil ki, daxildəki şəbəkələr xarici dairələrin tezisləri əsasında hərəkət edir. Məqsəd beynəlxalq diqqətin Azərbaycanda olduğu vaxt öz iddialarını bu diqqətin mərkəzinə salmaqdır. Eyni zamanda, belə kampaniyalarla diqqət əsas məsələdən yayındırılır.

Bu kontekstdə “Media haqqında” qanun və Media Reyetstri ətrafında qarayaxma kampaniyası heç də təsadüfi deyil. Hazırda regionun da, dünyanın da diqqət mərkəzində olan  mühüm məsələlərdən biri Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror aktının törədilməsidir. Azərbaycanın haqlı mövqeyi beynəlxalq səviyyədə dəstəklənir.

Bəlli qruplar isə yenə dövriyyədədir, onlar “reket jurnalistikası”ndan istifadə etməklə öz iddialarını diqqət mərkəzinə salmaq, eyni zamanda, diqqəti əsas mövzudan – səfirliyimizə qarşı terror aktından yayındırmaq istəyirlər. Təbii ki, bu prosesdə əsas maraqlı tərəf İran və molla rejiminə dəstək verən erməni lobbisidir. Azərbaycandakı bəlli şəbəkənin bu və ya digər formada erməni şəbəkəsi ilə əlaqələri fonunda aparılan kampaniya təsadüfi deyil.



İkinci tendensiya İranın Azərbaycanın informasiya təhlükəsizliyinə yaratdığı təhdidlər fonunda “Media haqqında” qanunun qəbulunun və Media Reyetstrinin yaradılmasının nə qədər əhəmiyyətli olduğu faktının ortaya çıxmasıdır.

Sirr deyil ki, İrandan Azərbaycana qarşı təhdidlər həm də informasiya məkanından edilir. “İnteraz” kanalı və “Salamnyus” agentliyinə qarşı keçirilən əməliyyat bunun son nümunəsidir. Bu təhdidlər fonunda “Media haqqında” qanun və Media Reyestrinin strateji əhəmiyyəti ortaya çıxdı. Aydın oldu ki, hər iki məsələ ilə bağlı atılan addımlar məhz informasiya təhlükəsizliyinin təminatı üçün vacibdir. Görünür, xarici dairələrin sifarişlərini yerinə yetirən bəlli şəbəkələr “Media haqqında” qanuna və Media Reyestrinə qarşı da kampaniya ilə ölkənin informasiya təhlükəsizliyini təhdid edirlər.

Maraqlıdır ki, reyestrdən keçə bilməyən saytlar arasında bir dənə də olsun peşəkar media yoxdur, hamısı 1-2 nəfərdən ibarət səhifələrdi. Əgər media olaraq faktiki mövcud deyillərsə və heç bir peşəkar prinsiplərə əməl edilmirsə, niyə bunu “medianın boğulması” kimi təqdim edirlər?



Aydındır ki, məqsədləri hay-küy salmaqla rereyestrə düşmək və bununla reket fəaliyyətlərini legitimləşdirməkdir.

O da maraqlıdır ki, dünənə qədər özlərini “ciddi media eksperti” kimi təqdim edən Ələsgər Məmmədli, Xalid Ağalı və digərləri bu gün reket medianın vəkilinə çevrilir, onların qeyri-peşəkar və qeyri-legitim “tələbləri”ni tirajlayır, kampaniyaya öncüllük edirlər. 

Bəs peşəkarlıq, “ciddi media eksperti” hara getdi? 

Bütün məsələ pul qazanmaq üzərində qurulub. Əldə etdiyimiz məlumatlara görə, Avropa Məhkəməsinə nə qədər çox iş daşınsa, sözügedən şəxslər üçün o qədər çox pul qazanmaq mümkündür. Aydındır ki, özlərini “ciddi media eksperti” kimi təqdim edənləri də peşəkarlıq yox, nə qədər qazanacaqları maraqlandırır. Bu səbəbdən də onlar "reket jurnalist"lərin kampaniyasında yer alıblar. 


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top