"Onlar Azərbaycan cəmiyyətini içəridən parçalamaq istəyirdi" — ŞƏRH

GÜNDƏM 01 fev 2023, 21:57
"Uzun illər ərzində İranın fars-molla rejimi Azərbaycan Respublikası ərazisində, özəlliklə də din adı altında pərdələnərək özünün təbliğat şəbəkəsini qurub. Bu şəbəkədə siyasi fəallar, ictimai qurumun nümayəndələri, eləcə də media təmsilçiləri var".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Analitik qeyd edib ki, bu təbliğat bir qayda olaraq guya islam təəssübkeşliyi, islam həmrəyliyi üzərində köklənib:

"Lakin insanlar aldadılıb,  vətəndaşlarımız yanlış təbliğata tuş gəlib. Biz illərdir çağırışlar edirik ki, belə bir təhlükə var. İranın Azərbaycana idxal etmək istədiyi  yaxından- uzaqdan islam əlaqəsi ilə olmayan bir şeydir. Bu, sadəcə olaraq Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, cəmiyyəti içəridən parçalamaq, öz dövlətinə qarşı ayaqlandırmaq məqsədi güdür. Biz bu cür çağırışlar edərkən həmişə həmin şəbəkəyə daxil olan adamlar bizi din düşməni elan ediblər, üzərimizə gəliblər. Gözdən salma kampaniyaları aparıblar. İndi də İranla bağlı paylaşımlar edərkən fikir səsləndirərkən, yenə də o ünsürlər üzümüzə gəlir. Özəlliklə də o şəbəkəyə daxil olanlar Azərbaycanın siyasətini dəstəkləyən adamları hədəfə alıblar, bu da təsadüfi seçim deyil. Onlar yaxşı bilirlər ki, məhz dövlətin yanında olan adamları bezdirmək, qorxutmaq, gözdən salmaq, ləkələmək lazımdır ki, dövlət zəifləsin. Əlbəttə ki, biz heç vaxt onların qarşısından geri çəkilməmişik, bundan sonra da çəkiləsi deyilik. Sadəcə olaraq, təəssüf doğurur ki,  həmin hücumlarla bağlı həyəcan təbili çaldığımız zamanlarda insanların böyük əksəriyyəti bizə dəstək vermirdi. Hətta dövlətimizin bu işlə məşğul olmalı qurumları yetərincə dəstək vermirdi. Bu gün dövlətimizin apardığı siyasət dediklərimizi təsdiq edir".

Nəzrin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top