Müəllimlərin maaşındakı problem fevralın 3-dək həll olunacaq — RƏSMİ

SOSİAL 01 fev 2023, 18:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin yanvar ayı üzrə əməkhaqqılarının azalmasına münasibət bildirib. 

İdarədən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb. 

"İlin əvvəli üçün elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə İdarədən verilən məlumatda vurğulanıb. 

Qeyd edək ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması müşahidə olunub. Belə ki, dünən yanvar üzrə maaşlar müəllimlərin hesabına köçütrülərkən məlum olub ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar kəsilib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top