Azərbaycanda oğul atasını odun parçası ilə döydü — TƏFƏRRÜAT

KRİMİNAL 01 fev 2023, 13:35
Şamaxı rayonunda 1989-cu il təvəllüdlü Amil ailə münaqişəsi nəticəsində atası Mailə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 20-də baş verib. 

Amil həmin gün saat 18 radələrində atasına məxsus fərdi yaşayış evində osonuncunun aralarındakı mübahisə zamanı anasının üstünə qışqırmasından əsəbləşib. O, evdən götürdüyü odun parçası ilə atasının baş nahiyəsindən bir dəfə qəsdən vurub. 

İstintaq orqanı tərəfindən Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mail atası olub, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb: Noyabrın 20-də, təxminən saat 18 radələrində atamın evinəgəldim. Anam Ninanı və atam Maili görmək məqsədi ilə gəlmişdim. Həmin vaxt anam Nina ilə atamın pul üstündə mübahisə etmələrini eşitdim. Anasının üstünə ucadan qışqırmasını eşitdim, səbrim çatmadı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə də atası Mailə əsəbləşib: “Aramızda mübahisə yarandı. Mübahisə zamanı atamın üzərinə getdim. Həmin anda evin qapısının kənarındakı odun parçasını götürərək atamın baş nahiyəsinin sol hissəsinə vurdum. Sonra anamı evdən çıxardım. Dərhal ata evindən çıxaraq öz evimə getdik. Həmin baş vermiş hadisə zamanı evdə anam Nina və atam Mail olub. Başqa heç kim olmayıb”. 

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Amilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top