Zakir Həsənov Türkiyəyə gedir

HƏRBİ 01 fev 2023, 10:01
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Demokrat.az
xəbər verir ki, nazir türkiyəli həmkarı Hulusi Akarla birlikdə Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edir.  Fevralın 2-də təlimlər yekunlaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top