Əvəz Zeynallı DTX-nın təcridxanasından köçürüldü

MEDİA 31 yan 2023, 17:18
“Xural TV”nin həbsdə olan baş redaktoru Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Demokrat.az xəbər verir ki, o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.

Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü və E.Sadıqova qarşı isə həmin Məcəllənin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddələri ilə ittiham irəli sürülüb və 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib./“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top