Şəmkirdə 23 yaşlı oğlan dəm qazından boğularaq öldü

HADİSƏ 29 yan 2023, 19:40
Şəmkir sakini dəm qazından boğularaq ölüb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top