İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

DÜNYA 28 yan 2023, 15:15
İtaliyanın mərkəzində 4,1 bal gücündə zəlzələ baş verib, qatarların hərəkəti dayanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli “İtaly-24 News” agentliyi bildirib.

Agenlik qeyd edib ki, Milli Geofizika və Vulkanologiya İnstitutundan təkanların Adriatik dənizi sahilləri boyunca Rimini və Ravenna kimi böyük şəhərlərdə də hiss olunduğu bildirilib.

Xatırladaq ki, Emiliya-Romanya bölgəsində artıq bir neçə gündür ki, seysmik aktivlik davam edir. Dəniz sahillərində yerləşən bəzi şəhərlərdə məktəblər bağlanıb.

Dağıntılar, ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top