Azərbaycan səfiri hospitalda İran XİN başçısına “bu terrordur” dedi –“Nəticələri gözləyirik”

SİYASƏT 28 yan 2023, 11:19
“Səfirliyə silahı hucum terror aktıdır. Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı tədbir görmələrini xahiş edirik”.

Demokrat.az İSNA-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın İranda səfiri Əli Əlizadə Tehran hospitalında İRAN XİN başçısı Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Azərbaycan səfiri İRAN XİN başçısı ilə birgə hospitalda müalicə olunan diplomatik korpusun yaralı əməkdaşlarını ziyarət edib.

“Bizə qarşı silahlı hucum həyata keçirilib. Biz bunu terror aktı hesab edirik. Bu aktın nəticəsində azərbaycanlı diplomat həlak olub, iki diplomat yaralanıb”.

Səfir bildirib ki, İranın xarici işlər naziri ilə birgə isidentdə xəsarət alanları ziyarət edib. Birinci əməkdaşın vəziyyəti kafidir. İkinci əməkdaş əməliyyat olunur.

“Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı bütün faktorları araşdırmağa və nəticələrini Azərbaycan hakimiyyətinə təqdim etməyi xahiş edirik”.//azpostinfo
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top